14.1 C
Gence
11.5 C
Ganja

“Kəpəz”ə 4700 manat cərimə təyin olunub

Gəncə təmsilçisi növbəti dəfə cərimələnib. Bu haqda 31 oktyabr tarixində Peşəkar Futbol Liqasına istinadən məlumat veririk.

İntizam Komitəsinin iclası keçirilib. Misli Premyer Liqasının XI turu çərçivəsində baş tutan “Turan Tovuz” – “Kəpəz” oyunundan sonra təmsilçimiz cərimələnib. Buna səbəb matçdan sonra klubumuzun analitiki İlkin Verdiyevin hakimləri təhqir etməsi olub. Ona ikisi şərti olmaqla beş oyunluq cəza və 3 aylıq sınaq müddəti verilib.

Bundan əlavə, görüş zamanı “sarı-göylər”in 4 futbolçusu sarı vərəqə alıb.

AFFA “Kəpəz”ə analitikin davranışına görə 4000, sarı vərəqələrə görə isə 700 manat cərimə təyin edib.

Ən Çox Oxunan