“Kəpəz” İntizam Komitəsinin qərarı ilə cərimələnib. Bu haqda sentyabrın 2-si Apa-ya istinadən məlumat veririk.
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Misli Premyer Liqasının IV turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar verilib.
“Səbail” – “Kəpəz” qarşılaşmasında hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan Rauf Əliyev sonra yenidən meydançaya daxil olduğu üçün 5 oyun diskvalifikasiya edilib. Klub isə 4000 manat məbləğində cərimə olunub.
Komandanın digər üzvü Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəza alıb. “Kəpəz” isə 200 manat məbləğində cərimələnib.