Gəncəni təmsil edən “Kəpəz” futbol klubu dörd qol vuraraq qələbə qazanıb.
Gəncə şəhər stadionunda keçirilən oyun zamanı Gəncəlilər 4-2 hesabı ilə “Qarabağ-2” klubunu yeniblər. Görüş peşəkar futbol klublarının çıxış etdiyi Azərbaycan Birinci Divizionunun 3-cü tur çərçivəsində keçirilib.
Klub 5 xalla ikinci yerə yüksəlib. Onlar növbəti turda “Sumqayıt-2” ilə 15 oktyabr tarixində görüşəcəklər.
Qeyd edək ki, “Kəpəz” futbol klubu 2021-2022-ci illər mövsümündə keçirdiyi oyunlarda məğlub olmayıb.