Gəncədə qanvermə aksiyası baş tutub. Bu haqda 20 dekabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
“Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində könüllü qanvermə aksiyası təşkil olunub. Aksiya Gəncə Şəhər İcra Hakimiyyətinin və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzi Qan Bankının Gəncə Bölməsində keçirilib.
Tədbirdə icra başçısı Niyazi Bayramov, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştirak ediblər. Onların səhhətində hər hansı bir problemin olmadığı aşkarlandıqdan sonra qanvermə aksiyasına start verilib.
Məqsəd hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların qan ehtiyaclarının artırılmasına təmənnasız yardım etmək olub.