Gəncədə “Könüllülərin rəngarəng dünyası” adlı tədbir keçirilib. Bu haqda Gencexeber.az 3 dekabr tarixində məlumat verib.
Tədbir 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə baş tutub. Mərasim zamanı bir qrup gənc 2022-ci il müddətində könüllü fəaliyyətinə görə, həmçinin təşkil olunmuş tədbirlərdə fəal iştirak etdikləri üçün Fəxri diplomla təltif olunub. Daha sonra onlar əyləncəli yarışlarda komandalarda yarışaraq qaliblər kürsüsü uğrunda mübarizə aparıblar. Mübarizəni uğurla başa vuran gənclər təltif olunublar.
Tədbir Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutub.