16.9 C
Gence
16.9 C
Gence

Kəmaləddin Heydərov Gəncəyə gələcək

Gəncədə növbəti vətəndaş qəbulu təşkil olunacaq. Bu haqda 22 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.

Nazir Kəmaləddin Heydərov Gəncəyə səfər edəcək. O, 25 noyabr tarixində saat 11:00-da FHN-nin Gəncə Regional Mərkəzində Gəncə şəhərinin, Samux və Kəlbəcər rayonlarının sakinləri ilə görüşəcək.

Qəbula gələn vətəndaşların qeydiyyatı 24 noyabr tarixində Gəncə Regional Mərkəzinin inzibati binasında saat 09:00-da başlayacaq. Görüşdə yalnız FHN-nin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Burada vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Ən Çox Oxunan