18.6 C
Gence
18.6 C
Gence

Külək vaxtı zədələnmiş iri budaq maşının üstünə düşüb

Gəncədə ağac maşına ziyan vurub. Bu haqda Gencexeber.az-a  25 may tarixində məlumat daxil olub.

Hadisə şəhərin Xəlil bəy Xasməmmədov küçəsində qeydə alınıb. 23 may tarixində əsən güclü külək nəticəsində ağaclardan birinin iri budağı zədə görüb. Ötən gecə saat 22:50 radələrində həmin budaq ağacın yanında park edilmiş “Chevrolet” markalı avtomobilin üzərinə düşüb.

Nəticədə xəsarət alan olmayıb. İlkin məlumata əsasən, maşının kapotu, sağ tərəfdən qapısı və ön hissəsi əzilib.

Ən Çox Oxunan