Gəncədə yerləşən qəbiristanlıq baxımsız haldadır. Bu haqda məlumat avqustun 22-si Gencexeber.az-a daxil olub.
Söhbət “Köhnə Səbiskar” qəbiristanlığından gedir. Fotomateriallarda göründüyü kimi, ərazini kol-kos, alaq otlar basıb. Köhnə qəbirlərin arasında toplanan tullantılar yandırılır. Əraziyə yayılan pis qoxu isə ziyatçilərin narazılığına səbəb olur.
Qəbirlərin bəzilərinə ziyan dəyib. Digərlərinə isə illərdir əl vurulmayıb.





