19.7 C
Gence
19.7 C
Gence

Çirkab suların toplandığı çuxurda kişi meyiti tapılıb

Gəncədə kişi meyiti tapılıb. Bu haqda Gencexeber.az-a 1 may tarixində məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, Gəncə şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki çirkab suların yığışdığı çuxurda naməlum kişi meyiti olması ilə bağlı məlumat daxil olub. Polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək, müvafiq araşdırmalar aparıblar.

Meyit çuxurdan çıxarılaraq müvafiq ekspertizaya göndərilib. İlkin araşdırmalar zamanı onun 83 yaşlı şəhər sakini İsa Hümbətov olması müəyyən edilib. Bildirilir ki, kişi tapıldığı ərazinin yaxınlığında yaşayıb.

Ən Çox Oxunan