Gəncədə ağac aşıb. Bu haqda 3 avqust tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Zeynalabdin Tağıyev küçəsi, 94 ünvanında qeydə alınıb. Yaşlı çinar ağacı anidən aşıb.
Nəticədə Şahin Sadıqov adlı şəxsin evinin bir hissəsi yararsız hala düşüb. Həmçinin qaz xəttinə, elektrik dirəyinə ziyan dəyib.
Bildirilir ki, hadisə zamanı xəsarət alan olmayıb.