Niyazi Bayramov ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb. Bu haqda Gencexeber.az 13 dekabr tarixində İH-yə istinadən məlumat verir.
Görüş zamanı Huqo Gevara Gəncəyə ilk dəfə səfər etdiyini bildirib. Onun şəhərimizə səfər etməsində məqsəd Gəncənin Ermənistan silhalı qüvvələri tərəfindən raket hücumuna məruz qalan ərazisini ziyarət etmək, Gəncə şəhər 28 nömrəli tam orta məktəbin İngilis dili sinfinin açılışına qatılmaqdır. Bundan əlavə, qonaq Mərkəzi Kitabxana Sistemində yaradılan “Amerika güşəsi”nə, “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində fəaliyyət göstərən İnsan alveri və insan alverinin potensial qurbanlarına xidmət göstərən regional reabilitasiya reinteqrasiya mərkəzinə və Azərbaycan Dövlət Aqrar Universitetinə baş çəkəcək.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.