25.6 C
Gence
19.5 C
Ganja

Hotellərdən biri piyada səkisini zəbt edib

Gəncədə fəaliyyət göstərən mehmanxana piyadaların hərəkətini məhdudlaşdırıb. Bu haqda məlumatı avqustun 31-i Baku.ws-ə istinadən veririk.

“Vego Hotel”-in əməkdaşları Cavad Xan küçəsi, 38 ünvanındakı piyadalar üçün nəzərdə tutulmuş yolu bağlayıblar.

Yerli sakinlərdən biri qeyd edib ki, bundan əvvəl həmin yolda heç bir maneə olmayıb. Bu gün səhərdən isə hotelin əməkdaşları tərəfindən yola kiçik çəpərlər qoyulub.

Bu hal yerli sakinlər tərəfindən birmənalı qarşılanmayıb.