Gəncədə Zəfər Günü təntənəli şəkildə qeyd olunub. Bu haqda Gencexeber.az 8 noyabr tarixində məlumat verir.
Tədbir Şəhidlər xiyabanında təşkil olunub. Burada icra başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Nikolos İaşvili, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, sakinlər iştirak ediblər.
Şəhidlər xiyabanını ziyarət edənlər abidə və məzarların önünə gül dəstələri qoyub, şəhidlərin xatirəsini anıblar.