19 C
Gence
19 C
Gence

Şəhidin adından istifadə etdi, qonşulardan pul yığdı

Gəncədə ehsan bulağı tikdirmək adı ilə dələduzluq edən şəxs tutulub. Bu haqda yanvarın 13-ü Report.az-a istinadən məlumat veririk.

Şəhər sakini Anar Ağayev yaşadığı binanın sakinlərinə Vətən Müharibəsi şəhidinə ehsan bulağını tikdirəcəyini söz verib. Bunun üçün o, qonşulardan müxtəlif məbləğlərdə pul yığıb.

İstintaqa təhvil verilən Anar Ağayev törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, pulu şəxsi ehtiyacları üçün xərcləyib.

Ağayev barəsində araşdırmalar davam etdirilir.

Ən Çox Oxunan