Gəncədə şəhid Natiq Əliyevin ailəsinə sosial ödənişlər təyin olunub. Bu haqda məlumat 24 noyabr tarixində yayılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları şəhid ailəsi ilə görüşərək onların sosial vəziyyətini öyrəniblər. Ailə üzvlərinə sosial təminat hüquqları, qanunvericilikdə onlar üçün nəzərdə tutulan güzəşt və imtiyazlar barədə məlumat verilib. Daha sonra şəhid ailəsinə ödəniş təyinatı aparılıb.
Əliyev Natiq Yusif oğlu noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində şəhidlik zirvəsinə ucalıb.