Gəncədə Azərbaycan ordusunun baş leytenantı Kərəm Həsənovun dəfn mərasimi keçirilib. Bu haqda Gencexeber.az-a 22 sentyabr tarixində məlumat daxil olub.
Nizami yurdu şəhid Kərəm Akif oğlu Həsənovla vidalaşıb. Onunla bu gün, sentyabrın 22-si yaşadığı evdə vida mərasimi təşkil olunub. Burada şəhidin yaxınları və digər şəhər sakinləri iştirak ediblər.
Daha sonra Kərəmin nəşi Gəncə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, baş leytenant Kərəm Həsənov ailəli idi. Onun Vətənə əmanət bir qız övladı qalıb.