25.5 C
Gence
17.5 C
Ganja

Şəhid bulağı yerləşdiyi məhəllənin təmirə ehtiyacı var

Şəhid adına ehsan bulağı asfaltsız və baxımsız ərazidə yerləşir. Bu haqda məlumat sentyabrın 21-i Gencexeber.az-a daxil olub.

Həmidə Məmmədquluzadə küçəsində asfalt örtüyü yoxdur. Ərazidə 4 ədəd 9 mərtəbəli bina yerləşir. Sakinlər və övladları daşlı-qumlu ərazidə hərəkət edirlər. Yağışlar olanda isə vəziyyət xüsusilə çətinləşir və hər yan palçıq olur.

Bundan başqa, 300-ə yaxın ailənin qaldığı məhəllədə uşaqların zamanlarını təhlükəsiz və səmərəli keçirmələri üçün şərait yaradılmayıb. Binaların həyətində kiçik futbol meydançası olsa da, dəmir çəpərlər bir neçə yerdə cırılıb, örtüyü isə daş və qumdan ibarətdir.

Xatırladaq ki, orada 2 gün öncə şəhid Nurhan Abbasovun xatirəsinə ehsan bulağının açılış mərasimi keçirilib. Tədbir bizim tərəfimizdən işıqlandırılandan sonra sakinlər də həmin ərazinin baxımsız olması ilə bağlı narazılıqlarını ifadə ediblər.