Bu gün Azad Əliyevin anadan olduğu gündür.
Azad İslam oğlu Əliyev 16 aprel 1970-ci ildə Gəncə şəhərində anadan olub. O, əvvəlcə orta məktəbdə, sonra isə 15 saylı texniki-peşə məktəbində təhsil alıb. Bir müddət Dəmir-beton məmulatı zavodunda işləyib. Həqiqi hərbi xidmətini Sankt-Peterburq şəhərində keçib.
Qarabağ savaşı başlananda Azad könüllü olaraq milli orduya yollanmışdı. Bir neçə uğurlu əməliyyatlarda iştirak edib. Ona tapşırılan əmr və tapşırıqları layiqincə yerinə yetirən Azad Əliyev dəfələrlə hərbi hissə komandirləri tərəfindən təşəkkürnamələr və qiymətli mükafatlarla təltif olunub.
1994-cü il yanvarın 1-də ayında Azad Əliyev Tərtər rayonu ərazisində döş qəfəsindən yaralanıb və nəticədə qəhrəmancasına şəhadətə ucalıb.