16.4 C
Gence
16.4 C
Gence

Şəhid ailəsi 12 min manat pul itirib

Gəncədən olan şəhid ailəsi külli miqdarda pul itirib. Bu haqda 9 mart tarixində Xəzər Xəbər-ə istinadən məlumat veririk.

Hadisə şəhid Oqtay Məmmədovun ailəsinin başına gəlib. Şəhidin anası Rübabə Məmmədovanın sözlərinə görə, o, 3 mart tarixində həyat yoldaşı və oğlu ilə şəxsi avtomobillərində Gəncədən Bakıya yollanıblar. Bu vaxt xanımın çantasında 12 min manat pul olub. Ertəsi gün Rübabə xanım pulqabısının itdiyini görüb. O, hadisənin naməlum şəraitdə baş verdiyini deyib.

Şəhidimizin anası hazırda çətin vəziyyətdə olduqlarını bildirib. “Kim tapıbsa, xahiş edirəm, o pulu bizə çatdırsın. İçində balamın əmanəti, pensiya kartı, şəxsiyyət vəsiqəm, şəhidlik kitabçası var idi”.

Pulu tapan şəxslərdən (050) 339 88 00 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Ən Çox Oxunan