Gəncədə bir qrup şəhid ailəsi növbəlilik əsasında torpaq sahəsi ilə təmin olunublar. Bu haqda Gencexeber.az 8 noyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Torpaq sahəsinin sənədləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən təqdim edilib.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.