Gəncədə bir qrup şəhid ailəsinə mənzillər verilib. Bu haqda 19 sentyabr tarixində Report-a istinadən məlumat veririk.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhərimizdə yaşayan şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 65 mənzil təqdim edib. Tədbir MİDA-nın Gəncədəki yaşayış kompleksində keçirilib. Burada əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev çıxış edib.
Qeyd olunub ki, müharibə ilə əlaqədar əlilliyi olanlara postmüharibə dövründə 324, ümumən ötən dövrdə 7500-dən çox avtomobil verilib.