Gəncədə marafon baş tutub. Bu haqda 1 may tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.
“Əzm Marafonu” Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub. Tədbir Heydər Əliyev Park Kompleksində təşkil olunub. İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Texnologiya Universiteti, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı, Gənclər Evi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutan marafonda 250-dən çox adam iştirak edib.
Rəsmi hissədən sonra marafon iştirakçıları mübarizəyə başlayıblar. Gənclər Evinin qarşısında başlayan marafon əvvəlcədən müəyyən olunmuş marşrut üzrə davam edib və “Zəfər Tağı”nın önündə yekunlaşıb.
Marafonun yekununda I, II və III yerin sahiblərinə, həmçinin yarışda fərqlənən daha 7 iştirakçıya diplom və hədiyyələr təqdim olunub.