16.9 C
Gence
16.9 C
Gence

“Heydər Əliyev və Azərbaycanda sənayenin inkişafı” adlı konfrans baş tutub

Gəncədə növbəti konfrans keçirilib. Bu haqda 6 may tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda sənayenin inkişafı” adlı konfrans İcra Hakimiyyətinin, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin və “Azəralüminium” MMC-nin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində baş tutub. Burada icra başçısı Niyazi Bayramov, millət vəkili Müşfiq Cəfərov, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə, “Azəralüminium” MMC-nin Baş direktoru Maksim Cavadov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, YAP Gəncə şəhər təşkilatının sədr müavini, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı müstəsna xidmətlərinə həsr olunmuş fotosərgi təşkil olunub. Niyazi Bayramov Heydər Əliyevin siyasi fəaliyyətindən, xalqına, torpağına olan böyük sevgisindən bəhs edib. Çıxış edən natiqlər ölkədə sənayenin inkişafında dahi liderin müstəsna xidmətlərindən danışıblar.

Daha sonra “Əbədiyyətin ilk əsri. Heydər Əliyev-100” adlı sənədli film nümayiş olunub. “Azəralüminium” MMC-nin bir qrup əməkdaşına fəxri fərmanlar və təşəkkürnamələr təqdim edilib.

Sonda rəsmilər “Azəralüminium” MMC-nin ərazisində ağacəkmə aksiyasında iştirak ediblər.

Ən Çox Oxunan