16.4 C
Gence
16.4 C
Gence

Heydər Əliyev Park-Kompleksinin yaxınlığında yolu su basıb

Gəncədə güclü yağışdan sonra yollardan birində çətinlik yaranıb. Bu haqda 26 may tarixində Report-a istinadən məlumat veririk.

Hadisə Yeni Gəncə qəsəbəsində baş verib. Heydər Əliyev Park-Kompleksinin yaxınlığında axan güclü sel suları istirahət guşəsinə gedən yolların birini basıb. Nəticədə həmin yolda çətinlik yaranıb.

Bildirilir ki, fəsadın aradan qaldırılması istiqamətində işlər aparılıb. Əraziyə qum torbaları düzülərək su axınının qarşısı qismən alınıb.

Ən Çox Oxunan