Gəncədə bir sıra şagirdlər təltif olunublar. Bu haqda 18 aprel tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.
Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı rəsm müsabiqəsi keçirilib. Yarışın qalibləri Regional Təhsil İdarəsi tərəfindən mükafatlandırılıblar.
Mükafatlandırma mərasimində idarənin müdiri Anar Qədiməliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, müsabiqənin münsiflər heyəti və müsabiqə iştirakçıları iştirak ediblər. İdarə rəhbəri qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.
Daha sonra müsabiqədə müvafiq yerlərə layiq görülmüş məktəblilər hədiyyə və təşəkkürnamələrlə təltif olunublar.