16.9 C
Gence
16.9 C
Gence

“Heydər Əliyev İli” çərçivəsində fləşmob baş tutub

Gəncədə fləşmob keçirilib. Bu haqda 1 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Tədbir Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunub. Fləşmob İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının və Nizami bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində reallaşıb.

Burada 2500 tələbə yer alıb. Fləşmob zamanı gənclər Gəncə şəhərinin Baş meydanında İcra Hakimiyyətinin binasının qarşısında “Heydər Əliyev – 100” yazısını nümayiş etdiriblər.

Ən Çox Oxunan