15.3 C
Gence
15.3 C
Gence

Heydər Əliyevə həsr olunmuş regional konfrans baş tutub

Gəncədə növbəti konfrans keçirilib. Bu haqda 28 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Konfrans İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının, Azərbaycan və Gəncə Ağsaqqallar Şuralarının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin və DİİXİHİ Gəncə şəhər Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. YAP Gəncə şəhər təşkilatının inzibati binasında reallaşan tədbirdə icra başçısı Niyazi Bayramov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Şəhər Ağsaqqallar Şurasının sədri, YAP Gəncə şəhər təşkilatının sədr müavini, DİİXİHİ Gəncə şəhər Komitəsinin sədri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Burada Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra Niyazi Bayramov, Bayram Yusifov və digər natiqlər çıxış ediblər. GDU-nun Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda milli ideologiyanın formalaşması”, ADAU-nun dosenti, fəlsəfə doktoru Ceyhun Hüseynov “Heydər Əliyev Azərbaycançılıq fəlsəfəsində milli birliklə dövlətçiliyin dialektikası” adlı məruzələr oxuyublar. Xalq artisti Məmmədəli Balayevin ifasında ulu öndərə həsr edilmiş şeirlər səsləndirilib.

Tədbirin sonunda Gəncə Ağsaqqallar Şurası tərəfindən Niyazi Bayramov Fəxri Fərmanla təltif edilib. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən çap olunmuş kitablar tədbir iştirakçılarına hədiyyə olunub, xatirə şəkli çəkdirilib.

Ən Çox Oxunan