Gəncədə havanın keyfiyyəti ölçülüb. Bu haqda 24 may tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat veririk.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, şəhər ərazisində fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə atmosfer havasının keyfiyyətinin monitorinqi keçirilib. Əldə olunan nəticələrə əsasən, azot-4 oksidin miqdarı 1,2 dəfə yüksək müəyyən olunub.
Qeyd olunub ki, buna səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərdir.