26.4 C
Gence
26.4 C
Gence

Hava limanında dəyişiklik

Gəncə şəhərindəki beynəlxalq hava limanının üçhərfli kodu dəyişdirilib.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) 763 nömrəli Qətnaməsinə uyğun olaraq, Azərbaycanın ikinci ən böyük hava limanının yeni kodu Gəncə şəhərinin adı ilə bağlı “GNJ” adlandırılacaq. Bu dəyişiklik rəsmi şəkildə cari ilinl 10 sentyabr tarixindən bütün aviabilet təxsisi sistemlərində qüvvəyə minəcək. Hava limanının yeni kodu o cümlədən biletlərdə, baqaj birkalarında və informasiya tablolarında göstəriləcək.

Qeyd edək ki, hava limanının əvvəlki kodu – “KVD” köhnə toponimlə – Kirovabad adı ilə bağlı idi. Şəhər 1935-ci ildən 1989-cu ilədək belə adlanırdı.

 

Ən Çox Oxunan