Həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda 4 iyul tarixində Report-a istinadən məlumat veririk.
Bir müddət öncə Gəncə Mədəniyyət evinin işçisinin arvadını bıçaqlanması haqda məlumat vermişdik. 37 yaşlı Talihə Əliyeva Şəmkir rayonunda bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən qadının əri Elçin Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.