25.8 C
Gence
25.8 C
Gence

Şəhərin mərkəzində yanğın olub

Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda Gencexeber.az-a 8 may tarixində məlumat daxil olub.

Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. “Vego” hotelinin yanındakı çayxanada yanğın başlayıb. Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb olunublar. Alov qısa müddətdə söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb. İlkin məlumata görə, hadisə elektrik lövhəsində qısaqapanma nəticəsində baş verib.

Ən Çox Oxunan