25.8 C
Gence
25.8 C
Gence

Şəhərimiz bu qış ilk dəfə ağ örpəyə bürünüb

Gəncədə ilk qar yağıb. Bu haqda Gencexeber.az 5 dekabr tarixində məlumat verir.

Bu mövsüm şəhər ilk dəfə qar görüb. İlk qarın yağması şəhər sakinlərinin, ələlxüsus, uşaqların sevincinə səbəb olub.

Yağıntı güclü olmadığından hələlik nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb. Lakin bir sıra küçələrdə yollar palçıq olub.

Qeyd edək ki, dekabrın 3-dən başlayaraq Azərbaycanın Qərb bölgəsində yağıntılı hava şəraiti müşahidə olunur.

Ən Çox Oxunan