Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 28 aprel tarixində FHN-ə istinadən məlumat veririk.
Hadisə ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evdə qeydə alınıb. 80 kvadratmetr sahədə dam örtüyü və bir otağın 40 kvadratmetr sahədə yanar konstruksiyaları yanıb.
Əraziyə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb. Alovun digər ərazilərə yayılmasının qarşısı alınıb.