10.3 C
Gence
10.3 C
Gence

“Şəhərdən kəndə, kənddən şəhərə” layihəsi çərçivəsində ilk səfər olub

Məktəblilərimiz Daşkəsən rayonunda olublar. Bu haqda 30 noyabr tarixində Gəncə-Daşkəsən Regional Təhsil idarəsinə istinadən məlumat veririk.

Tədbir “Şəhərdən kəndə, kənddən şəhərə” layihəsi çərçivəsində keçirilib. ilk səfər şəhid müəllimlərin işləmiş olduğu məktəblər arasında baş tutub. Gəncə şəhər 16 və 14 nömrəli tam orta məktəbin direktor, müəllim və şagirdləri, həmçinin Uşaq-Gənclər İnkişaf Mərkəzi əməkdaşları Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbinə səfər ediblər.

Tədbirə Daşkəsən rayon icra başçısı Əhəd Abıyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, adı çəkilən məktəblərin direktor, müəllim, şagirdləri və ictimaiyyət nümayəndələri qatılıblar.

Bildirilib ki, növbəti mərhələdə Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbinin şagirdləri Gəncə şəhər məktəblərinə səfər edəcəklər.

Ən Çox Oxunan