17.5 C
Gence
17.5 C
Gence

Şəhərdə 6 yaşa qədər 53 uşaq peyvənd olunmayıb

Gəncədə uşaqlara peyvənd vurulur. Bu haqda 27 aprel tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Ölkədə “İmmunlaşdırma həftəsi” elan olunub. Layihə çərçivəsində Gəncə şəhərində peyvənddən kənarda qalmış 53 uşağa vaksin vurulacaq. “İmmunlaşdırma həftəsi” müxtəlif səbəblərdən peyvənd vurulmayan 6 yaşa qədər olan uşaqları əhatə edir. Bu məqsədlə şəhərdə 9 Ailə Sağlamlıq Mərkəzinə müraciət etməklə müxtəlif xəstəliklərə qarşı vaksin vurdurmaq mümkündür.

Səhiyyə nazirinin əmri ilə “İmmunlaşdırma həftəsi” aprelin 29-na kimi davam edəcək. Gəncədə peyvənddən keçən uşaqların yekun siyahısı gələn ay hazır olacaq və şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə təqdim olunacaq.

Ən Çox Oxunan