5.8 C
Gence
5.8 C
Gence

Hərbi attaşelər hərbi cinayətlərin nəticələri ilə tanış olublar

Xarici ölkələrin hərbi attaşeləri Gəncəyə səfər ediblər. Bu haqda Gencexeber.az 14 oktyabr tarixində APA-ya istinadən məlumat verir.

Hərbi attaşelər raket hücumları nəticəsində şəhid olan mülki əhalinin xatirəsinə qoyulmuş memorial kompleksi ziyarət edib, hərbi cinayətlərin nəticələri ilə tanış olublar. Bundan sonra qonaqlar dağılmış evlərin ətrafına gül düzüblər. Onlara Gəncə şəhərində törədilən terror hadisələri ilə bağlı ətraflı məlumat verilib.

Ümumilikdə erməni terroru nəticəsində Gəncədə 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ən Çox Oxunan