Gəncə sakininin üzərindən narkotik maddəyə bənzər kütlə aşkar edilib. Bu haqda 15 avqust tarixində Apa-ya istinadən məlumat veririk.
Yol Patrul Xidməti Alayının 7-ci taqımının əməkdaşları stasionar postda “Range Rover” markalı avtomobili saxlayıblar. Maşın sahibi məhdudlaşdırılmış sürücülük vəsiqəsi ilə avtomobil idarə etməsinə görə saxlanılarkən onun davranışları və zahiri görkəmi narkotik vasitələrdən istifadə etdiyinə əsaslı şübhələr yaradıb. Nəqliyyat vasitəsi duracağa yerləşdirilib, sürücü isə tibbi müayinədən keçirilib.
Nəticədə 31 yaşlı Göygöl sakini Elvin Abdullayevin narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi müəyyən olunub və barəsində müvafiq tədbirlər görülüb.
Maşında sərnişin qismində olan nəqliyyat vasitəsinin sahibi, Gəncə sakini Kənan Qurbanov, həmçinin həmyerliləri Orxan Bağırov və Seymur Cəfərovun üzərinə də baxış keçirilib. Bu zaman Qurbanovun üstündən küllü miqdarda psixotrop maddəyə bənzər kütlə aşkar olunub və araşdırılması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.