Gəncədə üç şəhidin xatirəsi anılıb. Bu haqda Gencexeber.az-ın müxbiri 19 noyabr tarixində məlumat verib.
Kamil Məmmədov, Ağamirzə Quliyev və Eşqin Axundovun xatirəsini anmaq üçün 300 nəfərdən çox sakin Şəhidlər Xiyabanına toplaşıb. Mərasim zamanı dualar oxunub, məzarların ətrafına gül dəstələri qoyulub.
Axundov Eşqin İntiqam oğlu 3 yanvar 2000-ci ildə Gəncə şəhərində dünyaya gəlib. 8 noyabr Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 19 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Quliyev Ağamirzə İlham oğlu 2 may 2001-ci ildə Gəncə şəhərində doğulmuşdur. 6 noyabr 2020-ci ildə Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 19 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Məmmədov Kamil Mübariz oğlu 11 iyul 1996-cı ildə Gəncə şəhərində doğulmuşdur. 5 noyabr 2020-ci ildə Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 19 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

