Şəhər sakinində silah tapılıb. Bu haqda 30 yanvar tarixində Report-a istinadən məlumat veririk.
Şəhər Baş Polis İdarəsi (ŞBPİ) əməkdaşlarının daxil olan məlumat əsasında əməliyyat keçirilib. Nəticədə əvvəllər məhkum olunmuş şəhər sakini Eşqin Qurbanov saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki torbadan 1 ədəd atəşə yararlı “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 28 ədəd patron aşkar edilərək götürülüb.
Silah ekspertizaya göndərilib. Faktla bağlı İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.