5.8 C
Gence
5.8 C
Gence

Şəhər sakininə qarşı quldurluqda şübhəli şəxslər tutulub

Gəncədə üç nəfər quldurluq üstündə saxlanılıb. Bu haqda 13 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.

Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.Verdiyev, G.Rüstəmova və bacısı saxlanılıblar.

Onlar 11 oktyabr tarixində şəhər sakini E.Allahverdiyevi bıçaqla hədələyərək pulunu, 2100 manat dəyərində 2 ədəd mobil telefonunu və 150 manat dəyərində qol saatını talamaqda şübhəli bilinirlər.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan