Gəncədə şəhər sakini oğurluq üstündə tutulub. Bu haqda 4 noyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat veririk.
Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Həsənov saxlanılıb. O, şəhər ərazisindəki 1 yarımtikilidən 1350 manat dəyərində təmir-tikinti alətləri, digər yarımtikilinin həyətindən inşaat materialları, elektrik naqili, avtomobil diskləri, aksesuarlar, R.Cəfərova məxsus 1300 manat dəyərində təmir-tikinti alətləri və 1 evdən 3000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma davam edir.