Gəncə sakini oğurluğa görə saxlanılıb. Bu haqda 16 noyabr tarixində DİN-ə istinadən məlumat veririk.
Bakı şəhər Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Gəncə şəhər sakini Samir Xələfov saxlanılıb.
O, Bakı şəhər sakininin içərisində 2500 manat pulu, sənəd və bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.