16.9 C
Gence
16.9 C
Gence

Şəhər sakini narkokuryerliyə görə tutulub

Gəncə sakini narkotik üstündə saxlanılıb. Bu haqda 16 may tarixində Report-a istinadən məlumat veririk.

Samux Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə İrandan qeyri-qanuni yolla Samux rayonu ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıblar.

Məlum olub ki, Bakı şəhər sakini Elyar Əliyev və Gəncə şəhər sakini Emil Rzayev Samuxa gələrək rayon ərazisində gizlədilən narkotiki pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıblar. Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilən zaman əllərindəki çantadan 1 kiloqram 640 qram heroin, 2 kiloqram 85 qram marixuana və 30 ədəd tramadol həbləri aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ən Çox Oxunan