Gəncədə bıçaqlanma hadisəsi baş verib. Bu haqda 26 noyabr tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Şəhər sakini Maksim Qəhrəmanov bıçaqlanıb. O, döş qəfəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Yaralının vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.