16.9 C
Gence
17.5 C
Ganja

Şəhər sakini bıçaqlanma üstündə saxlanılıb

Gəncə sakinini bıçaqlayan şəxs saxlanılıb. Bu haqda 17 noyabr tarixində Apa-ya istinadən məlumat veririk.

Samux rayonu ərazisində Gəncə şəhər sakini Fazil Əhmədovun bıçaqlanması barədə xəbər paylaşmışdıq. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun məlumatına əsasən, Samux Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat aparıblar. Nəticədə 32 yaşlı Gəncə şəhər sakini Fərhad Rəcəbov saxlanılıb. O, cinayəti törətməkdə şübhəli bilinir.

Qeyd edək ki, yaralı Əhmədov xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Ən Çox Oxunan