10.3 C
Gence
0.5 C
Ganja

Şəhər ərazisində qanunsuz ticarətlə məşğul olan şəxslər aşkarlanıblar

Gəncədə küçələrdə antisanitar vəziyyət yaradanlara xəbərdarlıq edilib. Bu haqda 6 noyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.

Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində profilaktik tədbirlər keçiriblər. Nəticədə səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən və küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan şəxslər aşkarlanıblar. Onlara yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmaları bildirilib. Həmçinin ticarətçilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bundan başqa, şəhər ərazisində olan bir neçə avtoyuma məntəqəsində avtomobillər kimyəvi maddələrlə yuyulandan sonra çirkli sular yola axıdılırdı. Nəticədə ərazilərdə gölməçələr əmələ gəlir və ətrafa pis qoxu yayılaraq, antisanitar vəziyyət yaranırdı. Həmin məntəqələrdə yoxlamalar aparılıb və qanunamüvafiq tədbirlər görülüb.

Ən Çox Oxunan