25.8 C
Gence
25.8 C
Gence

Şəhər ərazisində payız-qış mövsümünə hazırlıq işləri aparılır

Gəncədə payız-qış mövsümünə hazırlıq işləri aparılır. Bu haqda Gencexeber.az 15 oktyabr tarixində Gəncə ŞİH-yə istinadən məlumat verir.

Şəhərin park və xiyabanlarında yaşıllıqların saxlanılması istiqamətində işlər görülür. Yol kənarlarında MKTİB -nin Gülçülük sahəsində yetişdirilən müxtəlif növ ağaclar, dekorativ kollar, gül-çiçəklər əkilir, onlara aqrotexniki qulluq göstərilir.

Gəncə şəhərində istirahət guşələrinin yaşıllıqlarla təmin edilməsi məqsədilə MKTİB-nin Gülçülük təsərrüfatında 60.000-ə yaxın gül-çiçək və 20 növdə ağac tingləri yetişdirilir. Təsərrüfatda yetişdirilən ağac tingləri və digər dekorativ bitkilər Bakıya, Xan çinarlarının tinqləri isə Qarabağ torpaqlarına əkilməsi üçün göndərilir.

Ən Çox Oxunan