14.7 C
Gence
14.7 C
Gence

Şəhər ərazisindəki 3 restoranda nöqsanlar üzə çıxıb

Qida sahəsində fəaliyyət göstərən müəssisələrdə nöqsanlar aşkar edilib. Bu haqda məlumatı sentyabrın 30-u Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən veririk.

Qurumun müfəttişləri Gəncədə fəaliyyət göstərən ticarət və ictimai iaşə obyektlərində reyd keçiriblər. Nəticədə 3 obyektdə nöqsanlar aşkar edilib.

“Boçka”, “Nostalji” və “Əriklik” restoranlarında baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu müşahidə edilib. Bundan başqa sonuncu obyektdə işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi üzə çıxıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

 

Ən Çox Oxunan