9.7 C
Gence
2.5 C
Ganja

Şəhər ərazisində güclü külək əsib

Gəncədə qeyri-sabit hava şəraiti müşahidə olunur. Bu haqda 17 noyabr tarixində Report-a istinadən məlumat veririk.

Gecə saatlarından başlayaraq əsən güclü külək bölgədə bəzi fəsadlar törədib. Nəticədə Gəncə və ətraf rayonlarda bir neçə ağac aşıb, iri budaqlar sınıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Yollarda avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb.

Hazırda küləklə müşahidə olunan hava şəraiti davam edir. Əmələ gələn digər fəsadlar aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırılır.

Ən Çox Oxunan