25.8 C
Gence
25.8 C
Gence

Həmid Nəsirov Pakistanın İslam Gənclər Təşkilatının nümayəndəsi ilə görüşüb

Pakistanın İslam Gənclər Təşkilatının Azərbaycan üzrə nümayəndəsi Gəncəyə səfər edib. Bu haqda 22 aprel tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.

Təşkilatın Beynəlxalq multikulturalizm şəbəkəsinin PR və marketing meneceri Məhəmməd Umar Mir Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirovla görüşüb. Qonaq Pakistanda Gənclər siyasəti haqda danışıb və yaxın zamanlarda Gəncədə təmsil etdiyi ölkənin Gənclər Təşkilatlarının heyətlərinin iştirakı ilə geniş tərkibdə, qarşılıqlı təcrübə mübadiləsinə yönəlik konfransın təşkil edilməsi niyyətində olduqlarını bildirib. Həmid Nəsirov gənclərimizin hər zaman bu tipli təcrübə mübadilələrinə və əməkdaşlıqlara açıq olduğunu qeyd edib.

Görüş zamanı həmçinin gələcəkdə qarşılıqlı şəkildə Gəncə gənclərindən ibarət nümayəndə heyətinin Pakistana səfəri, Pakistan gənclərinin isə şəhərimizə səfər etmələri ətrafında müzakirələr aparılıb.

Ən Çox Oxunan